Venesuela rəhbəri ABŞ-ın vitse-prezidentini zəhərli ilan adlandırdı

Baxış sayı:
4057

Venesuela prezidenti Nikolas Maduro Amerikanın vitse-prezidenti Mayk Pensi zəhərli ilan adlandırıb.
Muxalifet.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Maduro “Nə vaxt ki, zəhərli ilan ağzını açır, o zaman mən özümü güclü hiss edirəm” deyib.
Venesuelan lideri qeyd edib ki, onun ölkəsi hər zaman ABŞ-a qalib gəlib və bundan sonra da gələcək.
Maduro əvvəlki açıqlamalarında Venesuelanı xalqa məxsus sərvəti paylamaqda lider olduğunu demişdi.
Maykl Pens isə bu ölkədə “qəddar diktatura”nın hökm sürdüyünü bəyan eləmişdi.