​Vyetnamda daşqın və torpaq sürüşməsi olub: Çoxsayda ölən və itkin düşən var

Baxış sayı:
3591

Vyetnamın şimalında leysan yağışlar səbəbindən yaranan daşqın və torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “VnExpress” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkənin Laytyayu əyalətində 12 nəfər, Xazyanq əyalətində 5 nəfər ölüb. Yerli sakinlərin təxliyə olunması və itkin düşənlərin axtarılması məqsədi ilə təbii fəlakətlərin nətcələrinin aradan qaldırılması və xəbərdarlıq üzrə komitənin 700 əməkdaşı cəlb edilib.
Təbii fəlakət nəticəsində əyalətlərə 3,3 milyon dollar ziyan dəyib, 40 artıq evi sel aparıb, 250 evə ciddi ziyan dəyib, 500 evi isə su basıb.
2017-ci ildə tropik qasırğası və daşqınlar Vyetnama 2,34 milyard dollar ziyan vurmuşdu. Təbii fəlakət nəticəsində 390 nəfər ölmüşdü.