​Xalq artistinin səhhəti yenidən pisləşdi

Baxış sayı:
10273

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib. Muxalifet.az xəbər verir ki, azvision.az -ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib. "Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib. Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.