Xamenei İrandakı iğtişaşlar haqqında danışdı

İranın ali dini lideri ayətullah Əli Xamenei ölkəsində baş alan iğtişaşlardan sonra ilk bəyanatı ilə çıxış edib.
Muxalifet.az xəbər verir ki, Xamenei ədliyyə sistemi nümayəndələri ilə keçirdiyi görüşdə hadisələrlə bağlı mövqeyini açıqlayıb.
“Ədliyyə sistemi ölkədəki vətəndaşların iqtisadi təhülkəsizliyini risk altına atan şəxslərə qarşı mübarizədə hökumətə dəstək olmalıdır.
Əminlik atmosferi yaratmaq lazımdır, insanlar bilməlidir ki, bütün çətinliklər aradan qalxacaq”, - deyə ayətullah bildirib.
Ali dini lider İranda korrupsiya sisteminin mövcud olması ilə bağlı iddiaları rədd edib.
Onun fikrinə görə, dövlət, o cümlədən ölkənin ədliyyə sistemi “qara piyar və böhtan” kampaniyası ilə üzləşib və ona qarşı mübarizə elə də asan başa gəlməyəcək.
Xamenei növbəti dəfə ABŞ, Britaniya və Fransanın timsalında Qərbin “bostanına daş ataraq”, bu dövlətləri müstəmləkəçilik illərində və hərbi münaqişələrdə insanlığa qarşı cinayətlər törətməkdə təqsirləndirib.
Onun sözlərinə görə Qərb ölkələri dünyada terrora himayədarlıq edir və İŞİD-i dəstəkləyir.