"XAMENEİ ÖLDÜRÜLÜB" - ABŞ prezidentindən açıqlama / Yenilənib

Baxış sayı:
382

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edib.

Donald Tramp İranın daha sərt zərbə endirəcəyi ilə bağlı bəyanatların olduğunu deyib: "Lakin bunu etməsələr yaxşıdır. Çünki bunu etsələr, biz də onlara indiyədək görülməmiş güclə zərbə endirəcəyik”.

    Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin qisasını alacağını, daha güclü, misli görünməmiş zərbələr endiriləcəyini bəyan edib.

    *** 01:48

    ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.

    O, bu barədə "Truth Social” hesabında yazıb.

      Tramp qeyd edib ki, "tarixin ən qəddar insanlarından biri olan Xamenei ölüb".

      Tramp yazıb ki, Xameneinin ölümü “təkcə İran xalqı üçün deyil, bütün böyük amerikalılar və dünyanın bir çox ölkəsindən olan və onun qaniçən quldur dəstəsi tərəfindən öldürülən və ya şikəst edilən insanlar üçün ədalətdir”.

      Onun sözlərinə görə, Xamenei ABŞ-ın kəşfiyyat və yüksək texnoloji izləmə sistemlərindən qaça bilməyib.

      "Bu, İran xalqının ölkələrini geri qaytarmaq üçün ən böyük şansıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun, digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxunun artıq döyüşmək istəmədiyini və bizdən toxunulmazlıq istədiklərini eşidirik. Dünən gecə dediyim kimi: "indi toxunulmazlıq ala bilərlər, sonra yalnız ölüm onları gözləyir!" Ümid edirəm ki, İslam İnqilabı Keşikçiləri Korpusu və polis İran vətənpərvərləri ilə dinc şəkildə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün vahid şəkildə çalışacaqlar".

      Tramp əlavə edib ki, “ağır və dəqiq bombardman” həftə ərzində və ya Yaxın Şərqdə və dünyada sülh məqsədlərinə çatmaq üçün lazım olduğu qədər fasiləsiz davam edəcək.