Xamneyi ABŞ-ın İranla BAĞLI PLANINI AÇIQLADI

Baxış sayı:
7447

 İran lideri Ayətullah Əli Xamneyi, Amerika Birləşmiş Ştatlarının İran siyasətilə bağlı açıqlama verib. Xamneyi, "ABŞ iqtisadi təzyiqlərlə xalq ilə rejimi qarşı-qarşıya gətirmək istəyir" deyib.
 
Xamneyi, çıxışında ABŞ-ın İrana qarşı yürütdüyü düşmənçilik siyasətini artırdıqca, İran xalqının da ABŞ-a qarşı nifrətinin günü-gündən çoxaldığını deyib.
 
REJİM VƏ XALQI QARŞI-QARŞIYA GƏTİRMƏK İSTƏYİRLƏR
 
ABŞ prezidenti  Donald Trampı hədəf alan Xamneyi, əvvəlki ABŞ prezidentlərinin da Trampın apardığı siyasətlə İrana təzyiqlər etdiyini, ancaq müvəffəq olmadıqlarını bildirib.
Xamneyi, "İqtisadi təzyiqlərlə rejim və xalqı qarşı-qarşıya gətirmək istəyirlər. Ancaq rejimin xalqın özü olduğunun fərqində deyillər" deyə, söyləyib.
ABŞ-a təslim olmayacaqlarını ifadə edən Xamneyi, təslim olmağın bədəlinin müqavimət göstərməkdən daha ağır olacağını qeyd edib.
İran lideri, bu prosesdə xalq və rəsmi şəxslərə müraciət edərək hər kəsi diqqətli olmağa. rəsmiləri isə xalqa qarşı etinasızlıqdan çəkinməyə çağırıb.
Müxalifət.az