Xəbərdarlıq: Anomal istilər bu vaxta qədər davam edəcək
27-06-2018 21:27
Baxış sayı:
2668

Sinoptiklər Bakıda və Abşeron yarımadasında anomal istilərlə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin iyulun 2-dək davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.