Xırdalanda taxta sexində yanğın olub
28-06-2018 09:38
Baxış sayı:
2869

Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², ikinci mərtəbə fəaliyyət göstərmir) taxta sexinin 1-ci mərtəbəsində taxta tullantıları 70 m² sahədə yanıb.
Muxalifet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.