​XƏRÇƏNGDƏN XİLAS OLMAĞIN YOLU... – Elm adamlarının şok kəşfi

Baxış sayı:
4597

Elm adamları xərçəng hüceyrələrini onların böyüməsi üçün həyati dərəcədə vacib olan qlütamin fermentlərindən məhrum edərək çoxalmalarının qarşısını alan üsul tapıblar.
Amerikadakı Vanderlit universitetinin alimləri qlütamini hüceyrələrə daşıyan ACST2 proteininin istehsalını əngəlləyərək hüceyrələri “ac qoymağı” bacarıblar.
Xərçəng hüceyrələrinin normal hüceyrələrdən iki dəfə sürətlə bölünüb çoxaldığını bildirən alimlər buna görə də hüceyrələrin biosintez üçün daha çox qlütaminə ehtiyacı olduqlarını, bunun da bədəndəki ACST2 səviyyəsini yüksəltdiyini bildiriblər. Tədqiqatçılar ACST2-nin fəaliyyətini əngəlləmək üçün V-9302 adlanan bir daşıyıcı molekul əngəlləyici sintetik enzim yaradıblar. Laboratoriya şəraitində siçanlar üzərində və kök hüceyrələrdə aparılan təcrübələrdə bu fermentin xərçəng hüceyrələrinn böyüməsini və çoxalmasını əngəllədiyi və oksidləşməyə maneə olmaqla hüceyrənin ölümünə səbəb olduğu bəlli olub. Bu nəticələrdən xərçəngin müalicəsində istifadə ediləcəyi qeyd edilib. Araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.
Hurriyyet.org