"YA GÜRCÜSTAN LƏĞV OLUNACAQ, YA DA..." - Saakaşvilidən Əliyevin bəyanatına reaksiya

Baxış sayı:
241

Gürcüstanın hazırda həbsdə olan prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Davosda tranzitlə bağlı açıqlamalarına reaksiya verib.

"Azadlıq" radiosunun gürcü xidməti yazır ki, Saakaşvili Əliyevin Ermənistanla birbaşa daşımaların başlanacağı deməsini Gürcüstan üçün pis xəbər adlandırıb:

“İlham Əliyevin bu gün tranzit marşrutu Gürcüstandan keçir, sabah isə Ermənistandan keçəcək bəyanatı bizim 90-lar və 2000-lərdən bu yana ölkə kimi əldə etdiyimiz hər şeyi dağıdır. Gürcüstan çox ağır geosiyasi dalana düşüb. Bu ya bizi müstəqil dövlət kimi ləğvimizə gətirib çıxaracaq, ya da mafioz İvanişvilidən azad olub, ölkənin inkişaf yoluna qədəm qoymasına səbəb olacaq” - deyə Saakaşvili bildirib.

Azərbaycan və Ermənistan prezidentləri Davosda iki ölkə arasında birbaşa daşımaların tezliklə gerçəkləşdiriləcəyinə dair bəyanatlar veriblər. Prezident Əliyev həmçinin Ermənistandan Rusiyaya olan daşımalarında tezliklə Azərbaycandan keçə biləcəyini söyləyib.

Gürcüstan müxalifətindən fərqli olaraq hökumət Ermənistanla Azərbaycan arasında birbaşa əlaqənin bərpasının Tbilisinin imkanlarını məhdudlaşdırmayacağını düşünürlər. Ölkənin baş naziri İrakli Kobaxidze Əliyevin bəyanatı şərh edərək, regionda yaradılacaq alternativ marşrutun Gürcüstan üçün təhdid olmadığını deyib

Gürcüstanın Yerüstü Daşımalar Assosiasiyası isə açıqlama yayaraq, Azərbaycan-Ermənistan yaxınlaşmasının Gürcüstanın yükdaşımaları 30-40% azaldacağını bildirib.