Yaponiya imperatorunun SƏHHƏTİ PİSLƏŞDİ – Həkim nəzarətində saxlanılır

Baxış sayı:
3775

Yaponiya imperatoru Akixitonun səhhətində problemlər yaranıb.

Trend-in məlumatına görə, imperatora serebral anemiya (beyində qanazlığı) diaqnozu qoyulub. Ötən gün imperatorda baş ağrıları sürətləndiyindən, 24 saat həkim nəzarətində saxlanılır. Həkimlər ona bir müddət tək qalmağı tövsiyə ediblər. Akixito 1988-ci ildən Yaponiyanın imperatorudur.