Yaponiyada raket buraxılışı bu dəfə də uğursuzluqla nəticələndi
30-06-2018 13:46
Baxış sayı:
6913

Yaponiyada “Interstellar Technologies Inc” şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.
Muxalifet.az xəbər verir ki, hadisə iyunun 30-da, yerli vaxtla saat 05:30-da baş verib. On metrlik raket buraxıldıqdan sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bu, son vaxtlar ölkədə baş vermiş ikinci hadisədir. Analoji hadisə 2017-ci ilin iyulunda da baş verib. “Interstellar Technologies” şirkəti tərəfindən hazırlanmış raketin buraxılışı uğursuzluqla nəticələnib./report/