Yəhudilər Məscid-i Aksaya BASQIN ETDİ

Baxış sayı:
1918

İsrail polisinin müşayiəti ilə 112 fanatik Yəhudi ilə çox sayda turistin Məscid-i Aksaya basqın təşkil etdiyi bildirilib.
 
Qüds İslami Vəqflər İdarəsinin mətbuat sözçüsü Firas Dibs verdiyi yazılı açıqlamada, 112 fanatik Yəhudi ilə çox sayda xarici turistin İsrail polisinin müşayiəti ilə Məscid-i Aksanın El-Meğaribe (Mərakeş) qapısından Hərəmi Şərifin həyətinə girdiyini bildirib.
Anadolu Agentliyinə danışan şahidlərin sözlərinə görə, fanatik Yəhudilər arasında Məscid-i Aksaya düşmənçiliyi məlum olan radikal Ravvin Moşe David də olub.
İşğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yerləşən Məscid-i Aksa, Müsəlmanların ilk qibləsi olma xüsusiyyətini daşıyır.
Yəhudilər, içində Qiblə Məscidi ilə Kubbetus Səhra Məscidinin, o cümlədən muzey, mədrəsələr və böyük həyətin yer aldığı Məscid-i Aksa Kompleksinin altında "Süleyman Məbədi qalıqlarının olduğu" iddiasıyla qazıntı işləri aparır, Hərəmi Şərifdə onların da ibadət etmə haqlarının olduğunu iddia edirlər.
Müxalifət.az