“Yunanıstan batdı, GÜCLÜ TÜRKİYƏNİN YANINDA DURAQ” – ALMAN MEDİASI

Baxış sayı:
5698

Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini qeyd edən Almanlar, Türkiyənin Avropa üçün daha da önəmli vəziyyətə gələcəyini yazıb.
 
Yunanıstan-Türkiyə gərginliyi Alman mətbuatında
 
Almaniyada nəşr edilən “Die Welt” qəzetində çıxan yazıda, Türkiyə ilə Yunanıstan arasındakı gərginlik müzakirə olunub.
Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini yazan qəzet, Türkiyənin isə çox daha güclü bir vəziyyətə gələcəyini bildirib.
 
TÜRKİYƏ VAR GÜCÜ ilə SİLAHLANIR
 
Qəzet yazısından bir hissə;
“İki ölkənin silahlı qüvvələri demək olar ki, bərabər gücdədir, ancaq iflas edən Yunanıstan illərdən bəri silahlanmaya investisiya qoya bilmir, Türkiyə isə var gücü ilə silahlanır.
Təkcə dənizdə yox, hava qüvvələri və zirehli birliklərin də modernləşdirilməsi aparılır.
 
TARAZLIQ DƏYİŞƏCƏK
 
Yunanistan iqtisadiyyatı tənəzzül edərkən, Türkiyə, iqtisadi və demoqrafik baxımdan da böyüyür. İki silahlı qüvvə arasındakı halhazırdakı tarazlıq bir neçə il sonra dəyişəcək.
 
TÜRKİYƏ, YUNANISTANDAN ÇOX DAHA ƏHƏMİYYƏTLİDİR
 
Türkiyə daha çox güclənəcək. Üstəlik, siyasi baxımdan Avropalılar üçün qaçqın böhranından dolayı Türkiyə Yunanıstandan daha çox əhəmiyyətli hala gələcək".
Müxalifət.az