Zaxarova: "ABŞ kosmosda hərbi əməliyyatlar aparmaq istəyir"
20-06-2018 16:06
Baxış sayı:
5527

Rəsmi Moskva ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərara münasibət bildirib.
Bununla bağlı danışan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi-kosmik qüvvələrin Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılması barədə göstəriş verib.
M.Zaxarova əlavə edib: "Bu addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar aparmağa istiqamətlənmiş planları var. (trend)