Źelenskidən Donbass və Krım BƏYANATI: Ukraynalılar başa düşməlidirlər ki, hərbi yolla və tezliklə...

Baxış sayı:
4276

 
Ukrayna prezidenti Vladimir Zelenski Donbass və Krımın qaytarılmasına dair Kiyevin strategiyası haqda bəyanat verib.
 Bu barədə muxalifet.az lenta.ru-ya istinadla xəbər verir.

Onun bəyanatını Mariupolda keçirilən “RE:THİNK. İnvest in Ukraine” forumundan “İnterfaks-Ukrayna” agentliyi yayımlayıb.
Prezidentin sözlərinə görə bu strategiya dörd tərkib hissəsindən ibarətdir. Onlardan birincisi “şəffaflıq və aşkarlıqdır”. Sözlərini şərh edərkən, o qeyd edib ki, hökumət attığı addımlara görə cəmiyyət qarşısında yalnız hesabat verməli deyil, eyni zamanda geniş miqyaslı xalq dialoquna təşəbbüs edib, toplumu poblemin həllinə cəlb etməlidir. İkincinin isə sistemli şəkildə aparılan “informasiya siyasəti” olduğunu bildirərək KİV-ləri öz tamaşaçı və oxucularını maarifləndirməyə çağırıb.
Zelenski itirilmiş regionların qaytarılması üçün gərəkli üçüncü müddəanı “realizm” deyə səciyyələndirib. “ Ukraynalılar başa düşməlidirlər ki, Krımı hərbi yolla və tezliklə geri qaytarmaq mümkün olmayacaq. Bundan başqa insanlar anlamalıdırlar ki, Donbass əhalisi günü sabah ukrayna dilində danışmağa başlamayacaqlar. Biz özümüzü bu illuziyalarla ovutmamalıyıq”,-deyə Zelenski davam edərək və nəhayət , “bu strategiyanın son halqası isə dövlətin sayılanları həyata keçirmək bacarığında və qüdrətində olmasıdır”, deyərək ifadə edib. O bildirib ki, Təhlükəsiz reinteqrasiya Donbassda müharibəyə son qoyulmasının sonuncu etapıdır. Birinci etap - konfliktin qaynar fazasının bitirilməsi, ikinci etap isə – insanlar arasında barışığın yaradılmasıdır.
Muxalifet.az