3 ayda Azərbaycandan 603 milyon dollar çıxarılıb

Baxış sayı:
9273

Bu ilin I rübündə Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.
 
“APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 603,4 mln. dollar olub.
Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,6 mln. dollar və ya 11,26% azdır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 71 mln. dollar ödəniş edib.