4211 ölü, 6940 yaralı, 10 milyon köçkün – ŞOK HESABAT
12-12-2018 11:03
Baxış sayı:
3724

İndoneziyada 1 yanvar-10 dekabr 2018-ci il tarixləri arasında baş verən 2 374 təbii fəlakətdə 4211 nəfər həlak olub.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho danışıb.
Məlumata görə, təbii fəlakətlər nəticəsində 6940 nəfər yaralanıb və təxminən 10 milyon insan ölkə daxilində yaşadığı ərazini dəyişməyə məcbur olub.