7 rayon nə vaxt qaytarılır? - “Əvvəl 5 deyirdilər…”

Baxış sayı:
12607

7 rayonun qaytarılması məsələsi bir müddətdir ki, müzakirə olunur. Lakin ortada real iş yoxdur”.
Bu sözləri Yenisabah.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rusiyalı həmkarı Yevgeni Mixaylovun açıqlamasına münasibət bildirərkən deyib.

Yevgeni Mixaylov bildirib ki, Rusiya Bakıya Kollketiv Təhlüksəzilik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər.

Politoloq iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonun “Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür. “Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”,- deyə Yevgeni Mixaylov bildirib.

Elxan Şahinoğlunun fikrincə, bu, Rusiyanın Ermənistana təsir etmək niyyətilə dövriyyəyə buraxılan informasiyalardır. “Əvvəl 5 rayon deyirdilər, indi 7. Belə açıqlamar vaxtaşırı verilir və Ermənistana təsir etmək məqsədi daşıyır.

Digər tərəfdən Azərbaycanın Kollektiv Təhlküəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi statusunda təmsil olunmasına həvəsləndirmək istəyirlər. Lakin heç olmasa 7 rayon qaytarılsın ki, Azərbaycan bu addımı atsın. Bu olmadan Azərbaycanın Ermənistanla eyni hərbi blokda təmsil olunmasıl mümkün deyil. Bu günə qədər Rusiyanın hər hansı təsiri nəticəsində Ermənistan Qarabağ probleminin nizamlanması istiqamətində real addımlar atmayıb. Hər dəfə bu tip məlumatlar yayılır, müzakirələr aparılır, bizim media da bunu geniş işıqlandırır, lakin real nəticə yoxdur”, - deyə Elxan Şahinoğlu bildirib.