85 yaşlı kişi qətlə yetirildi - BAKIDA
21-08-2018 11:36
Baxış sayı:
7270

Bakıda 85 yaşlı kişi qətlə yetirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində həmyerlisi Sakit Mirzəyev tərəfindən qətlə yetirilib.
Hadisəni törədən S.Mirzəyev saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.