ABŞ bu kəndi də bombaladı: cəsədlər dağıntılar altında qaldı
26-11-2018 20:03
Baxış sayı:
3211

ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsində Əbu-Həsən kəndini də bombalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yayan Suriya dövlət televiziyası ABŞ-ın yeni cinayət törətdiyini bildirib.
Hücum nəticəsində çox saytda vətəndaşın həlak olduğu, cəsədlərin hələ də dağıntılar altında qaldığı bildirilib.
Qeyd edək ki, ABŞ koalisiyasının şənbə günü sözügedən bölgədə Hacin şəhərini də bombalayıb. Hava hücumunda 9-u uşaq olmaqla, 20 mülki vətəndaş həyatını itirib.