​ABŞ-da təyyarə qəzaya uğrayıb, ÖLƏNLƏR VAR

Baxış sayı:
2899

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə "WRDW" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Corciya ştatının Emanuel dairəsində, aeroport yaxınlığında baş verib. Qəza zamanı 4 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb. Hadisənin səbəbi açıqlanmır.