ABŞ-dan 3 Avropa nəhənginə sanksiya göstərişi!

Baxış sayı:
1894

ABŞ-ın Respublikaçı Partiyanın senatorlarının, Almaniya, Fransa və Böyük Britaniyanın ABŞ-dakı səfirliklərinə, bu ölkələrin Vaşinqtonun İrana tətbiq etdiyi sanksiyalara qarşı gəlməmələri üçün xəbərdarlıq məktubu göndərdiyi bildirilib.
 
Aralarında Ted Cruz, Marko Rubio, Tom Cottonun da olduğu Amerikalı senatorların imzaladığı məktublar, ötən cümə günü aidiyyəti ölkələrin səfirliklərinə göndərilib.
Amerikanın sanksiyalarının yalnız hökumətin qərarı deyil, bir çoxu Konqres tərəfindən qəbul edilmiş federal qanunlardan ortaya çıxdığı bildirilən məktublarda bu ifadələrə yer verilib:
ABŞ-ın bütün sanksiyalarına riayət etməyə dəvət etməklə bərabər, Amerika qanunlarından yan keçmə, nəzərə almamaq, prosesi məhv etmək kimi təşəbbüslərin olması ciddi şəkildə narahat edəcəyi xəbərdarlığı da edilib.
Məhdudlaşdırıcı tədbirlərin ABŞ-ın əvvəlcədən düşünülmüş və uzun müddətli siyasəti olduğunu və Avropalı ölkələrin sözügedən tədbirləri nəzərə almayaraq yan keçməsinin bir sıra nəticələr doğuracağını qeyd edən senatorlar, “Sanksiyaları nəzərə almamaq və ya onları baltalamaq üçün hər hansı bir cəhd, Konqresin ABŞ hökumətilə əməkdaşlıq içində hərəkətə keçməsinə səbəb ola bilər” deyə, xəbərdarlıq şəklində təhddid ediblər.
Müxalifət.az