ABŞ-dan kritik F-35 AÇIQLAMASI

F-35-ləri istehsal edən “Lockheed Martin” şirkətindən bir səlahiyyətli, ABŞ mətbuatına açıqlama verib. 21 iyunda Türkiyəyə F-35 təyyarəsinin təhvil veriləcəyini deyən səlahiyyətli, Konqresdə buna qarşı müxalifitin olmasına baxmayaraq hazırlıqların sürətlə davam etdiyini bildirib.
ABŞ-ın müdafiə saytı “Defence News”-a görə, ABŞ Konqresində Türkiyəyə F-35-lərin təhvil verilməsi məsələsində müxalif səslərə baxmayaraq təslimatın 21 iyunda baş tutacağı gözlənilir. F-35-ləri istehsal edən “Lockheed Martin” şirkətindən bir sözçü, Konqresdəki vəziyyətə baxmayaraq təhvil üçün hazırlıqların tam sürətlə davam etdiyini və ilk F-35-in təslim ediləcəyi mərasiminin 21 iyun tarixi üçün planlaşdırıldığını deyib.
HAZIRLIQLAR DAVAM EDİR
“Defence News” adlı müdafiə saytına danışan səlahiyyətli, təslimatın 21 iyunda olacağını deməklə bərabər, Konqresdə buna qarşı olan müxalifətə baxmayaraq hazırlıqların son dərəcə sürətlə davam etdiyini bildirib.
“Defence News”-a yazılı açıqlama verən səlahiyyətli, bu ifadələri işlədib: "F-35 proqramı, ənənəvi olaraq ABŞ və beynəlxalq müştərinin ilk təyyarəni tanıması üçün keçirilir. Türkiyənin ilk təyyarəsi üçün mərasim 21 iyun tarixində keçiriləcək".
Müxalifət.az