ABŞ-dan Səudiyyəyə: Rusiyanın silahlarını almayın...
14-06-2018 23:55
Baxış sayı:
10249

Səudiyyə Ərəbistanı və digər müttəfiqlərimizin Rusiya istehsalı S-400-lər almasına ehtiyac yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin köməkçiliyinə namizəd Devid Şenker deyib.
O bildirib ki, müttəfiqlərin bu silahları alması durumunda ABŞ sanksiyalarının pozulması ilə nəticələnəcək.
Şenker bildirib ki, namizədliyi təsdiqlənərsə Ər-Riyadı bu planından döndərmək üçün hərəkətə keçəcək.