ABŞ-dan Türkiyənin PKK əməliyyatlarına qarşı ÇİRKLİ PLAN

Baxış sayı:
2752

Suriyada Fərat çayının şərqindəki PKK/YPG terror təşkilatının işğal etdiyi bölgələrə inkişaf etmiş radar sistemləri yerləşdirən ABŞ rəhbərliyi, bölgədə "uçuşa yasaq bölgə" rejimi tətbiq etməyə hazırlaşır. Vaşinqton bu üsulla daha əvvəl İraqda olduğu kimi, Suriyanı da parçalamağı qarşısına məqsəd qoyur. Pentaqonun sözügedən addımla Türkiyənin terror təşkilatına qarşı təsirli əməliyyatlarına da mane olmağı hədəflədiyi bildirilir.
 
ABŞ, İraqın işğalı zamanı tətbiq etdiyi və sonra ölkəni parçalamaq məqsədilə istifadə etdiyi "uçuşa yasaq bölgə" rejimini Suriyaya daşımağı planlaşdırır. Bölgə mənbələri, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriyada Fəratın şərqinə qurduğu hərbi hava limanlarına inkişaf etmiş radar sistemləri yerləşdirdiyini bildirir. Hasəkə-Rimeylan xəttində yerləşən ABŞ hərbi bazasına radar sistemi qurma hazırlığı gördüyü məlumatını region mənbələri də təsdiqləyib.
Rimeylanda qurulacaq inkişaf etmiş radar sistemi ilə, PKK/YPG işğalındakı bölgənin "uçuşa yasaq bölgə" elan edilərək qorunması məqsədi güdülür. ABŞ radar sistemlərinin, Türkiyənin son dövrdə Hasəkə, Karaçok və İraqın Sincar bölgələrində terror təşkilatı və tərəfdarlarına qarşı apardığı təsirli əməliyyatlarından sonra, bölgəyə yerləşdirilməsi da diqqətdən qaçmayıb.
 
MƏQSƏD TERROR TƏŞKİLATINI TÜRKİYƏDƏN QORUMAQDIR
 
ABŞ-ın İraqı işğal prosesində 12 il ərzində “uçuşa yasaq bölgə” tətbiqini davam etdirdiyini bildirən Kərküklü alim, Çankaya Universitetinin müəllimi professor  Mahir Nakip, sözügedən tətbiqlə bugünkü parçalanmış İraq xəritəsinin əsasının qoyulduğunu, Suriyada da oxşar ssenarinin təkrarlanmaq tistəndiyini bildirib. “Yeni Şəfəq” qəzetinə açıqlama verən Nakip, ABŞ-ın elan edəcəyi “uçuşa qadağan zonası” tətbiq etməsini PKK-nı Türk hava ünsürlərindən qorumaq məqsədli bir təşəbbüs kimi səciyyələndirib. Professor Nakip, "ABŞ, İraqda təkbaşına bütün prosesin tək aktyoru idi. Suriyada  isə işlər ABŞ-ın istədiyi kimi getməyəcək. Başda Türkiyə olmaqla, regional aktorların qətiyyəti və təsiri ABŞ planını təsirsiz hala gətirəcək" deyə, söyləyib.
 
SİNCARA QƏDƏR GENİŞLƏNDİRƏCƏK
 
Mahir Nakip, Türkiyənin PKK-nın Suriyadakı uzantısı ilə mübarizə qətiyyətinin ABŞ-ın belə bir qərar qəbul etməsində əsas amil olduğunu bildirərək, "Hasəkə, Karaçok Dağı və Sincarda yerləşən PKK-lı terrorçular Türk döyüş təyyarələri tərəfindən vuruldu və bu, davam edir. ABŞ açıqca PKK-ya açdığı sahəni təhlükəsiz etməyə çalışır. Suriyanın şimalında başlayacağı “uçuşa yasaq bölgə” təttbiqinin əhatə dairəsini Sincara qədər uzatmaq istəyəcək. ABŞ-ın uğur şansı yoxdur, çünki Suriya qətiyyən İraq deyil. Türkiyə-Rusiya-İran əməkdaşlığında həll yönümlü təşəbbüsləri də davam etdirməkdədir" deyə, söyləyib.
 
FEDERATİV REGİON TƏTBİQİ
 
ABŞ-ın Suriyanın şərqində “uçuşa yasaq bölgə” həmləsini, federativ region tələbi ilə müşahidə olunacağı kimi qiymətləndirilir. PKK/YPG-nin, hərbi, iqtisadi, təhlükəsizlik, məhkəmə və təhsil muxtariyyəti ilə birlikdə, yeraltı sərvətlərinin istifadəsi məsələsində də Şamdan güzəştlər qoparmaq məqsədilə bazarlıq masasına oturacağı bildirilir. Yenidən yazılacaq olan Suriya Konstitusiyası bu baxımdan çox əhəmiyyətlidir. ABŞ-ın Cenevrə prosesi çərçivəsində bir Konstitusiya layihəsini Suriyaya qəbul etdirmək istəyəcəyi, digər tərəfdən İran, Rusiya və Türkiyə birliyinin də alternativ bir Konstitusiya modeli ortaya qoyacağı qiymətləndirilir. Xüsusilə, Türkiyənin prosesdə birliyini və ərazi bütövlüyünü qoruyacaq Suriya məsələsində bütün gücünü ortaya qoyacağı qeyd edilir. ABŞ-ın hədəfinin isə İraqın şimalında olduğu kimi, Suriyada da federal region modelinə beynəlxalq legitimlik qazandırmaq olacağı görünür. ABŞ-ın mövcud planda tələbinin özü üçün böyük xərclər doğuracağı bildirilir.

Müxalifət.az