ABŞ-dan vəliəhd şahzadə bin Salmanla bağlı şok açıqlama

Baxış sayı:
2770

ABŞ-ın Respublikaçı senatoru Mayk Lee prezident Donald Trampın ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) Camal Qaşıqçı cinayəti ilə bağlı əldə etdiyi nəticə haqqında söylədiklərinin doğru olmadığını ifadə edərək "Mənim gördüyüm kəşfiyyat məlumatına görə, cinayət əmrini vəliəhd şahzadə (Məhəmməd bin Salman) verib" deyib.
 
Bu fikri ABŞ-ın Utah əyalətinin senatoru Lee, Qaşıqçı cinayəti və MKİ-nin hesabatına bağlı NBC kanalında çıxış edərkən söyləyib.
Tramp'ın MKİ-nin Qaşıqçı cinayətinə bağlı əldə etdiyi kəşfiyyat məlumatları haqqında söylədiklərinin doğru olmadığını ifadə edən Lee, "Prezidentin söylədikləri ilə razı deyiləm. Bu, mənim gördüyüm kəşfiyyat məlumatı ilə ziddiyyət təşkil edir. Mənim gördüyüm kəşfiyyata görə, cinayət əmrini vəliəhd şahzadə verib" deyə şərh edib.
Lee, bundan başqa, Tramp rəhbərliyinə Yəməndə davam edən humanitar böhranla əlaqədar olaraq "Səudiyyəlilər dəstək verməyi kəsməsi" ilə bağlı çağırış edib. ABŞ-lı senator, "Bu bizim üçün icazəsiz və konstitusiyaya zidd bir müharibədir. Səudiyyə Ərəbistanı bu cür bir hərbi müdaxiləni haqq etməyən bir müttəfiqdir, xüsusilə də Amerika xalqının təhlükəsizliyi ilə bağlı bu müharibəyə daxil olmağımız arasında heç bir əlaqə olmadığı üçündür" deyə şərh edib.
 
"Qaşıqçı məsələsində dürüst davranmadı”
 
Digər tərəfdən, Kaliforniya əyalətindən Nümayəndələr Məclisinin Demokrat üzvü Adam Schiff isə Qaşıqçı cinayəti ilə bağlı CNN kanalına açıqlama verib.
Schiff, Tramp'ın Qaşıqçı cinayəti mövzusunda ölkəsinə qarşı dürüst olmadığını və vəliəhd şahzadə Məhəmməd bin Salmanı müdafiə etməklə özünü zəif göstərdiyini deyərək, "Tramp, 'bilmirəm' ya da 'dünya çox təhlükəli bir yerdir' kimi ifadələr işlətməklə özünü güclü göstərdiyini düşünür, amma əslində bunlar onu zəif göstərir. Bu mövzuda MKİ-nin hesabatını inkar etməsi ya diktatorları sevdiyini, ya da işin içində şəxsi maliyyə maraqları olduğunu göstərir" deyib.
Tramp'ın daha əvvəl açıq şəkildə Səudiyyə Ərəbistanından milyonlarla dollar pul qazandığını söylədiyinə diqqət çəkən Schiff, Tramp'ın fərdi maraqlarının ABŞ xarici siyasətinə mənfi istiqamətdə təsir etdiyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, cümə axşamı günü jurnalistlərə etdiyi açıqlamada, MKİ-nin Qaşıqçı'nın öldürülməsi əmrini Məhəmməd bin Salmanın verdiyi nəticəsinə gəldiyi iddiaları ilə əlaqədar olaraq "təşkilatın şübhələrinin olduğunu, lakin qəti bir nəticəyə varmadığı" qiymətləndirməsini etmişdi.

Müxalifət.az