ABŞ-ın dərin dövlətinin “piyadası” Tramp

ABŞ dərin dövlətini "Neocon paralel strukturu” olaraq dəyərləndirən Türkiyənin Təhlükəsizlik və Strategiya eksperti Hüseyn Bayazit, Trampın ABŞ-ın dərin dövlətinin “piyadası” olduğunu qeyd edib. Bayazıt, valyuta-faiz oyunları üzərindən təzyiqə başlayan Neoconların çökdüyünü vurğulayıb.
Amerikada, prezident Donald Trampın impiçmentinə yönəlik müzakirələr artarkən, Təhlükəsizlik və Strategiya eksperti Hüseyn Bayazit baş verən prosesi, iyulun 15-də Türkiyədəki barmağı açıq-aydın görünən Amerikanın dərin dövlətinin Tramp üzərindəki təsirini artırmaq vasitəsilə etdiyi planlaşdırmalar kimi qiymətləndirib. Bayazit, Amerikanın dərin dövlətinin Trump üzərindəki təsir və müdaxilələri ilə Türkiyəyə yönəlik planlarına dair şərh verib.
NEOCON PARALEL STRUKTUR
Amerika dərin dövlətini, FETÖ ilə yanaşı, PKK və İŞİD kimi terror təşkilatlarını də alət olaraq istifadə edən Neocon paralel dövlət strukturu kimi dəyərləndirən Bayazit, "Beynəlxalq sistemdə 15 iyul çevriliş cəhdi mühüm bir dönüş nöqtəsidir. Neoconların cızdığı plan prezident Ərdoğan və Türk milləti tərəfindən pozuldu. FETÖ əli ilə həyata keçirilən hərbi çevriliş cəhdi, Neoconların çızdığı bir plandı və buradakı uğursuzluq, Amerikanın etibar və ağalığını zədələdi" deyib.
TRAMP MÜQƏVVADIR
Amerikanın dərin dövlətinin düşmənçilik mövqeyinin Türkiyəni şərq blokuna itələdiyinin inkaredilməz bir həqiqət olduğunu vurğulayan Bayazit, Trampın bu prosesdə dərin dövlətin müqəvvası halına gəldiyini söyləyib. Trampa seçkiləri də ssenari daxilində verdiklərini qeyd edən Bayazit belə söyləyib: "Amerikada Tramp qərar verə bilməz, onun önünə variantlar qoyulur. Amerikadakı sistemdə söz sahibi kimdirsə, qərarı da o verir".
ARTIQ DEDİYİNİ EDƏ BİLMİR
Bayazit, Amerikanın iqtisadi sanksiyaları və Türkiyə ilə münasibətlərdə gərginlik yaradan son dövr siyasətləri məsələsinə də toxunub: "Bu gün qlobal Atlantika əsaslı Neoconların cızdığı sistem çökür. Dolları manipulyasiya edərək, valyuta-faiz oyunları üzərindən güc nümayiş etdirirlər, ancaq bunu da bacarmırlar. Çünki aparılan heç bir şey qanunlara uyğun deyil, beynəlxalq müqavilələrə ziddir. Amerika əvvəllər dediyini etdirirdi, amma artıq bunu edə bilmir".
İDLİBİ QAŞIYIRLAR
Hüseyn Bayazit sonra bunları deyib: "Amerika, Neocon siyasəti nəticəsində Türkiyəni itirdi. Türkiyəni Avrasiya tandeminə itələdi. Bu da Amerikanı bu regionda uduzdurdu. Bu gün ABŞ heç bir məsələdə güvən vermir. Münbiçlə bağlı verdiyi sözünə də ümid etməməliyik. Amerikanın dərin dövləti bir tərəfdən iqtisadiyyat üzərindən hücum edərkən, bir tərəfdən də başqa yollar axtarır. Bu gün Türkiyəni içəridən qarışdıra bilməyəcəyini bilir. Bu dəfə Türkiyədə qeyri-sabitlik yaratmaq üçün xaricdən müdaxilə etməyə çalışır, İdlibi qarışdırır. Məqsəd, Türkiyənin xaricdəki mövqeyini manipulyasiya edərək daxildə ziddiyət yaratmaq, sonra da xilaskar roluna soyunmaqdır. Ərdoğanı devirə bilmir, Səudiyyə üzərindən çevriliş proqnozları verdirirlər”.
QLOBAL ÖLÇÜDƏ İTİRƏN ABŞ
Bu gün təkcə Türkiyədə deyil, qlobal mənada böyük bir gərginlik olduğunu qeyd edən Hüseyn Bayazit, belə davam edib: "Bu gəlişmədən heç kim razı deyil. NATO-dakı İngilis təyyarələri Rumıniyadan qalxan Rus təyyarələrinin qarşısını kəsməyə başladı. Amerika aqressivləşir. Yeni ittifaqların mesajları daha yüksək tondan verilir. Mühüm bir bölgədə olan Türkiyənin hansı tərəfdə olacağı maraqla izlənilir. Türkiyənin Rusiya ilə artan yüksək səviyyəli görüş tranziti və ASEAN Sammitində ortaya qoyulan mövqe, müasir ipək yoluna təkcə Türkiyənin deyil, Qərbli ölkələrin də marağını göstərir. Artıq beynəlxalq əlaqələri anlama parametrləri çox başqadır. Artıq çözümlər hərbi deyil. Dünya nizamının yenidən qurulduğu bir dövrdəyik. Sadəcə Türkiyə deyil, hər kəs bu dövrdə gərgindir. Hansı gərginliyi çıxarırlarsa, çıxarsınlar, Türkiyə bölgəsində qlobal təsiri olan önəmli bir aktyordur. Və yeni nizamda da böyük güc olaraq yerini almışdır. Bu tənlikdə itirən də Amerikadır".
Müxalifət.az