​ABŞ Fələstinə 200 milyon dollarlıq yardımı dayandırdı

Baxış sayı:
3541

ABŞ HƏMAS hərəkatının hərəkətləri ilə əlaqədar fələstinlilərə 200 milyon dollar yardım göstərilməsi haqqında qərarı təkrar gözdən keçirib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib.
“Bu vəsaitlərin ABŞ-ın milli maraqlarına uyğun olaraq xərcləndiyinə əmin olmaq üçün prezident Trampın göstərişi ilə ABŞ-ın Fələstin administrasiyasına köməyini təkrar gözdən keçirdik. Bu icmal nəticəsində, prezidentin göstərişi ilə indi bu fondlar başqa yerlərdə yüksək prioritetli layihələrə yönəldiləcək”, - idarənin nümayəndəsi qeyd edib.