ABŞ-ı bürüyən azğın məzhəb! DÜNYANI FƏLAKƏTƏ SÜRÜKLƏYƏCƏKLƏR

Baxış sayı:
988

Dünya, Sionist-Xristian məzhəbi Evangelizmin qlobal oyunu ilə üz-üzədir. ABŞ, cənnətə getmək üçün bəşəriyyəti məhv etmək lazım olduğuna inanan Neocon Evangelistlerin rəhbərliyi altındadır. Bir tweetlə bütün bazarları alt-üst edə biləcək rolda olan ABŞ prezidenti Tramp və müavini Pensin, bu pozğun məzhəbin fanatik bağlıları olması bütün bəşəriyyəti təhdid edir.
 
ABŞ prezidenti Donald Trampın dünən Ağ Evdə radikal Evangelik icmasının liderlərini ziyafətdə qarşılaması, sözügedən qurumun qlobal sülh üçün yaratdığı təhdidi bir daha göz önünə gətirdi. Trampın dəvət zamanı çıxışında Türkiyəni hədəf alan sözləri və ABŞ-ın İsrail səfirliyini Qüdsə daşımasına dair xatırlatması evangelic kütlə tərəfindən böyük bir coşğu və alqışla qarşılanması da, Vaşinqtonda rasional düşüncənin yerini radikal dini bir camaatın təhlükəli fikirlərinə tərk etdiyini göstərdi.
Trampın, 2018-in noyabrında ABŞ-da keçiriləcək ara seçkilər öncəsi keşiş Endryu Brunsonı istifadə edərək, Evangelik kütlənin dəstəyini almaq istədiyi bildirilir. Buna qarşılıq Evangeliklərin Tramp xaricində siyasi hədəfləri olduğu da bilinir. Radikal dini hərəkatın, Fələstində sionizmin əməllərinə dəstək çıxmaqdan, Vaşinqtonun siyasi/bürokratik kapilyar damarlarına sızmağa, dünyanın ən böyük hərbi gücü ABŞ ordusunu ələ keçirməyə qədər geniş və dərin bir planı tətbiq etmə səyi içində olduğu bilinir.


 
İNCİL ƏHATƏSİNDƏ YAŞAYIRLAR
 
ABŞ-da bu gün 100 milyona yaxın Evangelik olduğu və böyük nisbətdə ölkənin cənubunda, "İncil nəsli" adlandırılan bölgələrində yaşadığı bilinir. Son seçkilərdə, Evangelik kütlənin 80 faizi səslərini Trampa verdiyi bilinir. Ənənəvi olaraq Respublikaçı Partiyaya yaxın olan Evangeliklərin, 2018-ci ilin fevral ayında ölən liderləri Bill Qrahamın Trampla yaxın əlaqəsi də diqqət çəkirdi.
 
SÜLEYMAN MƏBƏDİNİ İNŞA EDƏCƏKLƏR
 
Radikal Xristian camaata görə, Həzrət İsanın ikinci dəfə yer üzünə qayıtması və "1000 illik dünya cənnəti" demək olan minilliyin həyata keçməsi Qüds bölgəsində olacaq və Yəhudilərin orada dövlət qurub, baş məbədi (Süleyman Məbədi) yenidən inşa etmələrindən sonra olacaq. Ancaq bu addımlar atıldıqdan sonra Evangeliklərə görə, "İsa Məsihin liderliyində" dünya cənnəti" reallaşacaq.
 
TRAMPA CADU TƏCAVÜZÜ!
 
ABŞ prezidenti Donald Trampa qarşı radikal Xristian dəstəyin diqqət çəkən nümunələrindən biri yaxın zamanda sosial mediaya düşən bir görünt ilə ortaya çıxıb. ABŞ-lı keşiş Con Kilpatrickin, 19 avqust tarixli moizənin video görüntüsündə, ABŞ prezidenti Donald Trampın sehr və cadu hücumu altında olduğunu iddia etməsi və Tramp üçün camaatından dua etmələrini istəməsi diqqət çəkir. Videoda Kilpatrick, "Amerikada olan şey bir sehr təcavüzüdür. Cadu bu ölkəni əsir almağa çalışır" deyə, bildirib. Amerikalı keşiş çıxışında, Trampın Amerikanı mükəmməlləşdirməyə çalışdığını iddia edərək, hər addım atdığında ayağının caydırılmağa çalışıldığını iddia edib. Keşiş, "Tramp mükəmməl bir adam deyil, Allahın elçisi də deyil. Ancaq o, bu xalq uğrunda döyüşmək üçün çox şey etdi. Tanrı, Trampı vəzifədən almaq üçün bir cəhd olacağını deyib. İndi ayağa qalxın və onun üçün dua edin" deyə, söyləyib.
 

ORDUDA TƏŞKİLATLANIRLAR
 
Evangelik hərəkətin ABŞ ordusuna da sızdığı və sürətlə təşkilatlandığı da diqqət çəkilir. ABŞ ordusunun uzun müddətdir ki, radikalların "Warrior Jesus-Döyüşçü İsa" kimi təsvir etdikləri Həzrəti İsanın, İslama qarşı olduğuna inanan fikirlərlə bəsləndiyinə diqqət çəkilərək, Amerikadan başlayaraq, yer üzündə Tanrının suverenliyini yaratdıqlarına inandıqları məlumdur. Bu çərçivədə özü də sıx Evangelist olan ABŞ-ın vitse-prezidenti Mayk Pensin İndiananın qubernatoru vəzifəsini həyata keçirərkən, "Xristian cihadı"ndan  danışması, "Xaçlı ruhunu əks etdirəcək simvollar istifadə etməsi" və "İsrailə qeydsiz-şərtsiz dəstək verilməsi" ilə əlaqəli sözləri, ABŞ-ın siyasi və təhlükəsizlik mexanizmini ələ keçirəcək Evangelik hərəkatın qlobal sülh üçün nə qədər təhlükəli ola biləcəyini ortaya qoyan ən mühüm dəlillərdən biridir.


 
XRİSTİAN SİONİSTLƏR
 
Evangeliklər bu məqsədlərinə çata bilmək üçün Yəhudi içindəki sionist hərəkata də ən böyük dəstəyi verməkdən çəkinmir. Sionizmin Fələstin torpaqları üzərindəki işğalı fəaliyyətlərinin ABŞ və İngiltərədəki Evangelik hərəkata mənsub və ya onlar tərəfindən dəstəklənən siyasilər tərəfindən təşviq edilməsi də bir təsadüf deyil. Özlərini Xristian Sionistlər adlandıran bu qrupun son həmləsi də ABŞ prezidenti Trampın Qüdsü "İsrailin paytaxtı" elan etməsi və ABŞ səfirliyini də bütün beynəlxalq təpkilərə baxmayaraq Qüds şəhərinə köçürməsində görülüb. Qalmaqal bir qərarla Qüdsə daşınan səfirliyin açılış mərasimində Evangeliklərin öndə gələn liderlərindən Robert Jeffresin dua mərasimini idarə etməsi də diqqət çəkmişdi.


 
HƏDƏF RADİKAL DİN DÖVLƏTİ
 
Vitse president Pensin prezidentlik məqamına gəldiyi təqdirdə ABŞ-ın bir din dövlətinə çevrilməsinin də yolunun açılacağı ifadə edilir. Pens, Trampa nisbətən "özünü" Allahın göndərdiyinə" və ABŞ xalqının da öz inancı əsasında formalaşması vacibliyinə inanır. Pens hər işlətdiyi sözün və cümlənin "tanırının sözləri" olduğu inancını da daşıyır. Pensə görə "əgər" Allah istəməsəydi Tramp prezident ola bilməzdi və Trampa etdiyi "yaltaqlıq" onu Ağ Evə aparacaq "Tanrının böyük planının" tərkib hissəsidir. Pens əgər 10 il vəzifə başında qalarsa, ABŞ radikal bir din dövlətinə çevrilə bilər.
Müxalifət.az