ABŞ-İsrail GİZLİ SAZİŞİ ƏTRAFINDA FIRLANAN İNTRİQALAR

Baxış sayı:
3178

Donald Tramp prezident kürsüsündə outran kimi qarşısına imzalaması üçün bir dövlət sənədi qoyulub. Onun prezidentliyi dövründə Amerikanın, İsrailin nüvə proqramından imtina etməsinin və nüvə silahlarını məhv etməsinin tələb olunmayacaq zəmanətini verən bir sənəddir bu. Baxmayaraq ki, bu, Trampın ürəkdən istədiyi bir siyasətdir və bunun zəmanəti çox əvvəldən İsrailə verilmişdi, amma olmasaydı belə, bu dövlət sənədini imzalamaq məcburiyyətindəydi. Çünki özündən əvvəl gələn bütün prezidentlərin önünə də qoyulmuşdu bu sənəd və onlar da imzalamışdılar. 2020-ci il seçkisində yeni prezident seçilərsə, Respublikaçı-Demokrat olması fərq etməz, o da bunu imzalayacaq. Bu Amerika dövlətinin yazılmayan bir qaydasıdır və rəsmən açıqlanmasa da, Vaşinqtonun daxili dinamikalarını izləyənlər bu qaydanı yaxşı bilirlər. QARANLIQ ƏLAQƏLƏR Elə bu günlərdə ABŞ səfirliyinin Qüdsə daşınması, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında güçbirliyiinin qurulması, İrana qarşı davranışın sərtləşməsinə qədər bir çox dəyişikliklərin təməli də Obama dövrünün sonuna doğru İsrail ilə Tramp qrupu arasında qurulan gizli əlaqələr sayəsində atılmışdır. O günlərdə Netanyahu, Amerikaya gələndə Nyu Cersi ştatında evi olan Trampın kürəkəni Jared Kuşnerin atasının evində qalır, hətta gecələr Kuşnerin otağında yatırmış. Bu gün Evangeliyalı neoconlar ilə Tramp arasında yaranan dərin əlaqələrin kökü, o günlərdə Netanyahunun da fəal dəstəyi ilə atılmışdır. BU GÜNLƏRİN SƏNƏDİ “Vaşinqton Post” qəzetinin “Pulitser” mükafatı laureatı milli təhlükəsizlik müəllifi Adam Entous, 18 iyunda yayıma çıxacaq “New York” jurnalına "Donald Trumps New World Order" adlı bir yazı qələmə alıb. Bu gün Amerikada və regionumuzda nələrin olduğunu və olacağını bilmək istəyən hər kəs tərəfindən oxunması lazım olan mükəmməl bir jurnalistika uğurudur bu yazı. Yazı 35 səhifədən ibarətdir. Bu gün qəzet manşetində, TV xəbərlərində adını eşitdiyiniz güclü insanların haralardan buralara gəldiyini və Evangeliya tabanı və neoconlar ilə İsrail sağçıları arasında güclü ittifaqın necə qurulduğunu, bu yazını oxuyaraq dərk etməyiniz mümkündür. Entous, bu güclü ittifaqın, bölgəmizi İranla müharibəni gözə alaraq daha da qarışdırmağa qərarlı olduğunu göstərir. Bunlara Amerika və İsrail daxilində etiraz edənlərin olduğu və onların da əməkdaşlıq edərək bu hakim cərəyana “dur” demələrinə ehtiyacın olacağıi bu yazıdan görünür. TÜRKİYƏ TAM MƏRKƏZDƏ Başa düşülən odur ki, ABŞ-ı və bölgəmizi ciddi bir dərin dövlət daxili savaşın sahəsinə çevirmələri ehtimalı da var. Bütün bunların tam mərkəzində məhz Türkiyə var. Xüsusilə bu aralar Evangeliya və neocon ittifaqının, ortaq düşmənləri olaraq Türkiyə rəhbərliyini hədəf almalarını bilib, bu prosesi oxuyaraq anlamağa çalışmalıyıq. Müxalifət.az