ABŞ İsraili gücləndirir
26-11-2018 08:03
Baxış sayı:
2524

İsrail ordusu, ABŞ-dan iki yeni F-35 döyüş təyyarəsini təhvil aldığını açıqlayıb.
İsrail ordusunun hava qüvvələrinin verdiyi açıqlamada, ABŞ istehsalı olan 2 F-35 döyüş təyyarəsinin ölkənin cənubundakı Negev bölgəsində yerləşən Nevatim Hava Bazasına entiyi və "Qızıl Kartal" donanmasına qatıldığı bildirilib.
Açıqlamda İsrail ordusunun 2 ədəd yeni təyyarə ilə hava gücünün əməliyyat potensialının artacağı qeyd edilib.
İsrail, ABŞ-dan sonra F-35 döyüş təyyarəsi olan ilk ölkədir. 2016-cı ilin dekabrında bu təyyarələri hava qüvvələrinə qatmağa başlayan İsrail, bu günə qədər ən az 11 təyyarə aldığı bildirilir.
Müxalifət.az