ABŞ keçmişdən dərs almayıb - Ryabkov
25-08-2018 19:23
Baxış sayı:
4411

Deyəsən ABŞ rəsmiləri keçmişdən, xüsusən də yaxın keçmişdən dərs almayıblar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov ABŞ-ın danışdığı yeganə dilin təhdid və ultimatum dili olduğunu bildirib.
“Vaşinqtondan yüksələn ultimatumları eşidə bilərik. Bu vəziyyət Suriyadakı terror hücrələrinin tamamilə ortadan qaldırılması və bu ölkənin normal həyatına geri dönməsinə olan bağlılığımıza təsir göstərmir”