ABŞ Konqresində Türkiyəyə mənfi münasibət dəyişir

Baxış sayı:
1021

Uzun zamandır Türkiyə ilə bağlı ağlabatan bir fikir hasil etməyən, iki palatası da evangelist seçici tələsinə qapılıb, Türkiyə-ABŞ münasibətlərini daha da korlayan addımları atan Amerika Konqresindən nəhayət, məqbul bir səs gəlməyə başlayıb.
 
Bəzi senatorlar, iki ölkə arasındakı problemlərin əsas səbəbkarı kimi Türkiyəni görsələr də, iqtisadi əlaqənin daha da pisləşməsinə yol verməmək lazım olduğunu ifadə etməyə başlayıblar.
“Türkiyənin apardığı siyasətlərə qarşı çıxsaq da sonunda bir NATO ölkəsindən bəhs edirik” deyən bəzi təsirli senatorlar, hakimiyyətin Türkiyə iqtisadiyyatını hədəf seçən siyasətinin yanlış olduğunu və bunların nəticə etibarilə ABŞ-ın da maraqlarına uyğun olmadığını deyirlər.
 
Maraqlı bir hava dəyişikliyi siqnalı
 
Bu yeni yanaşma nümayiş etdirməyə başlayan Konqres üzvləri arasında daha əvvəl Türkiyə ilə bağlı sərt mövqelər ortaya qoymuş bəzi senatorların də olması diqqət çəkir. Bu senatorlar prezident Tramp tərəfindən Türkiyənin ABŞ-a polad və alüminium ixracatına qoyulan əlavə vergilərdə iştirak etmədiklərini və Türk iqtisadiyyatına qarşı bu cür idarəetmə hərəkətlərinin mənfi təsirini azaltmaq üçün Amerikanın Türkiyə ilə hərtərəfli azad ticarət sazişi imzalaması ideyasını dəstəkləyəcəklərini bildirirlər.
“Al-Monitor”-dan Bryant Harrisin yazdığına görə, bu fikirdə olan senatorlar arasında Lindsey Qrehem, Thom Tillis və Janna Shaheen də var. Daha əvvəl Türkiyəyə qarşı sərt çıxmış olanlar da daxil, Respublikaçı Partiyalı senatorların də bu yeni baxışı ortaya qoymaları Vaşinqtonda Türkiyəyə qarşı yeni bir havanın yaranmağa başlanmasının əlaməti kimi görünür.
Trampın seçilməsindən sonra Türkiyəyə yönəlik müsbət bir addım atmamış olan Konqresin uzun fasilədən sonra yeni bir tərz almağa hazır kimi davranması Vaşinqtonu yaxşı tanıyan mütəxəssislər tərəfindən əhəmiyyətli və üzərində mütləq çalışılması lazım olan bir hadisə kimi qiymətləndirilir.
Bu mənbələr Türkiyə səfirinin də məsələni yaxından izləməkdə olduğunu və senatorlarla əlaqə saxladığını deyirlər.
Konqresdə yaranmağa başlayan bu havanın bərqərar olduğu təqdirdə idarəetmənin Türkiyə haqqında Konqres ilə necə bir dialoqa daxil olacağı hələ bəlli olmasa da, ancaq öz yaşadığı bir sıra böhrandan sonra Trampın Konqresi tamamilə qarşısına almayacağını deyirlər Vaşinqtonda.
Seradar Turqut - Habertürk
Tərcümə etdi: Müxalifət.az