ABŞ-la Türkiyə heç vaxt strateji müttəfiq olmayıb - Tarixi fakt
14-08-2018 22:08
Baxış sayı:
9853

ABŞ və Türkiyə heç vaxt strateji ortaq olmayıb, bu, indilərdə də açıq aydın görünür.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Naim Baburoğlu çıxış edib.
"İki ölkə arasında münasibətləri incələyəndə görürük ki, 1952-ci ildə Türkiyə NATO-ya üzv oldu, bundan 10 il sonra isə ilk böyük böhran yaşandı. Belə ki, SSRİ-nin Kubadakı raket sistemləri söküldükdən sonra Türkiyə xəbər etmədən ABŞ-ın Yupiter raketlərini sökdü. Bu Türkiyə NATO-ya üzv olduqdan sonra ilk böyük böhran idi. Bundan sonra da mütəmadi olaraq, iki ölkə arasında münasibətlər pisləşib. Hər iki ölkənin liderləri dəfələrlə strateji müttəfiq olduqlarını bildirsələr də, bunun tarixi faktlarla heç bir əlaqəsi yoxdur", - Baburoğlu söyləyib.