ABŞ mediasından S-400 etirafı!

Baxış sayı:
2629

Amerikanın “Business Insider” xəbər saytında, Rusiyanın S-400 raket əleyhinə müdafiə sistemlərinin bu qədər rəğbət görməsini ABŞ-ın raketlərindən daha yaxşı olmasına bağlayıb.
 
Rusiya, son bir neçə il ərzində S-400 raket əleyhinə müdafiə sistemlərinin satışı ilə bağlı bir neçə müqavilə imzalamışdır və Mərakeş, Belarus və Çin kimi ölkələrin də bu raketlərin satışı ilə maraqlandıqlarını bildirib.
 
"TÜRKİYƏ S-500 DE ALMAQ İSTƏYİR"
 
Önümüzdəki dövrdə Türkiyə, Hindistan və Səudiyyə Ərəbistanına verilməsi planlaşdırılan S-400 raketlərinə toxunan yazarlar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha inkişaf etmiş S-500 hava müdafiə sistemlərinə də maraq göstərdiyini vurğulayıb.
Hesabatda, ayrıca Rusiya S-400-ü inkişaf etdirmək üçün maliyyə mənbləri axtarmaqla doğru bir addım atdığını bildirib.
Qeyd edək ki, bütün rəqibləri üzərində üstünlük əldə edən S-400 Triumf raket müdafiə sistemi qısa və orta səviyyəli təyyarə, kruiz raketləri və ballistik raketləri məhv etmək məqsədi daşıyır. S-400-lərdən torpaq hədəfləri üçün də istifadə edilə bilər.
Müxalifət.az