ABŞ PKK üçün 3 hərbi korpus yaradacaq

Baxış sayı:
3739

Suriyada Əsəd rejimi və İranlı milislər, İdlibə hücum hazırlıqlarını davam etdirərkən, ABŞ və müttəfiqləri də regiondakı nisbi sabitliyi məhv edəcək təxribat planları üzərində işləyir.
 
Türkiyə isə 3 milyondan çox köçkünün məskunlaşdığı İdlibə hərbi müdaxilənin yol açacağı fəlakətin qarşısını almaq üçün Rusiya ilə danışıqları sürətləndirib. Regiondakı vəziyyətin kodlarını Suriya ordusundan təqaüddə olan polkovnik Əhməd Alban açıqlayıb. ABŞ-ın İdlib üzərindəki planlarının mərkəzində, regionda həll məqsədli səyləri sabotaj etmək olduğunu vurğulayan Alban, ölkədə xaos və qarışıqlığın davam etməsinin ABŞ-PKK ittifaqına yarayacağını bildirib. Albana görə, Suriyanın şimalında PKK-ya 3 hərbi korpus yaratmaq istəyən Pentaqonun "bölgədə şərtlərin yetişməsi üçün 2 ilə ehtiyacı var və bu 2 ildə diqqətləri PKK-nın üzərindən çəkmək məqsədilə İdlibi istifadə edə bilərlər. Polkovnik Alban, “Yeni Şəfəq” qəzetinə bunları deyib:
 
DƏMƏŞQ HƏMLƏSİ BAŞ QATMAQ ÜÇÜNDÜR
 
"Bölgəyə hücum hazırlığı edən ABŞ, İdlibdə həll məqsədli səyləri sabotaj etmək istəyir. Çünki ABŞ Suriyada müharibə və qeyri-müəyyənliyin davamından yanadır. Bunun üçün ən azından daha 2 ilə ehtiyacı var. PKK döyüşçülərini Dəməşqə göndərmək də bu “baş qatmaq” taktikasının bir hissəsi idi. İraqı da bənzər bir qeyri-müəyyənliyə məhkum etdilər. Suriyanın şərqi və İraqın şimalı ilə bağlı paralel bir planı həyata keçirmək istəyirlər və hələ sahədə vəziyyət tam istədikləri kimi deyil".
 
3 KORPUS, 40 MİN PKK-lı TERRORİST
 
"Pentaqon, Suriyanın şimalında PKK-ya 3 ayrı bölgədə hərbi korpus yaradacaq. Rakka, Qamışlı və Ayn İsa bölgələrində terror təşkilatına 3 ayrı korpus qurma işləri davam edir. Digər bölgələrdə yaradacaqları hərbi korpuslarla bütün işğal sahəsində PKK-nın tək hərbi nüfuz olmasını təmin edəcəklər. ABŞ və müttəfiqləri 2015-dən bəri 40 min PKK-lıya öz mütəxəssisləri əli ilə təlim veriblər. Bu təlimlər nizami ordu yaratmaq üçün edilib. Meydançada PKK-nın tək hərbi güc olmasından sonra Dəməşqə siyasi təzyiq prosesi başlayacaq. Ancaq bu proses hələ tamamlanmayıb. Diqqətlərin PKK bölgələrinə çevrilməməsi üçün müxtəlif bölgələrdə qarşıdurma və müharibə vəziyyətinin davam etməsini istəyirlər".
 
105 MİN ATICI SİLAH GƏLDİ
 
Suriyalı polkovnik Əhməd Alban, ABŞ-ın PKK-ya havadan və qurudan silah yardımlarını davam etdirdiyini deyib. "Bu ana qədər göndərilən avtomat silahların sayı 100 mini keçib. Bizə gələn məlumatlara görə, PKK-nın əlində 105 min Kalaşnikov, Biksi və Doçka tipli silahlar var. Korpus qurulması üçün 3 regionda ən az 30 min insana ehtiyacları var. Silah və sursat məsələsində problem yaşamırlar, ancaq hələ istədikləri terrorist sayına nail ola bilməyiblər"deyən Alban, ABŞ-ın “Ərəb Ordusu layihəsinin də dağıldığını, bölgədə yaşayan Ərəblərin PKK-ya inanmadıqları üçün uşaqlarını təşkilat sıralarına göndərmədiyini qeyd edib. Alban, "Bu vəziyyətə paralel olaraq həm Türkiyənin bölgəyə yönəlik hərbi müdaxiləsindən çəkinirlər, həm də Suriyanın digər bölgələrində mövcud şərtlər daxilində ümumi bir sabitlik təmin olunması ehtimalından qorxurlar" deyə, söyləyib.
Müxalifət.az