ABŞ prezidentinə təhlükəsizlik şoku

Baxış sayı:
6241

Tramp ailəsi Buş ailəsini dəfn mərasimində ziyarət edərkən 250 metrdən daha qısa məsafəni limuzinə minib, 8 avtomobillik konvoyla keçib. ABŞ-ın 41-ci prezidenti Corc H.W. Buş üçün Vaşinqtonda keçirilən dəfn mərasimindən geriyə bir çox dedi-qodu qaldı, əlbəttə, prezident Donald Tramp da özündən söz etdirmək üçün əlindən gələni etdi. Trampın 250 metrdən daha qısa məsafəni limuzinə minib 8 avtomobillik konvoyla keçməsi müxtəlif şərhləri də bərabər gətirdi. “The Washington Post” qəzeti Ağ Ev ilə Buş ailəsinin qaldığı prezidentlik qonaq evi “Bleyr House” arasındakı məsafənin 250 metrdən daha qısa olduğuna diqqət çəkib. Buna baxmayaraq Tramp cütlüyü prezidentlik parad limuzininə minib. Limuzini 7 avtomobil də müşayiət edib. Trampın sələfi Barak Obamanın dövründə Milli Təhlükəsizlik Şurasının sözçüsü olan Edvard Pris, "Daha əvvəl prezidentlər, sonuncusu da daxil olmaqla, o məsafəni piyada getmişdi" - deyib. Çin dövlət başçısı Şi Cinpingin 2015-in sentyabrındakı ziyarətində Obamanın yeriyərək Şi-ni Ağ Evdən “Bleyr House” qonaq evinə aparması nümunəsini vermişdi. Trampın tənbəlin biri olduğu, bunun tarixdəki ən qısa konvoy hərəkatı olduğunu deyənlər də oldu. Bu deyilənlərə rəğmən “Gizli xidmətin təhlükəsizlik qorxusu ola bilərmi” sualı da ortaya çıxıb. Ağ Ev, jurnalistlərin "Tramp niyə konvoyla getdi, təhlükəsizlik səbəbiləmi" suallarına cavab verməyib. Müxalifət.az