ABŞ-a qarşı Avropada yeni yol xəritəsi

Baxış sayı:
3199

Avropa Birliyinin ABŞ-dan müstəqil siyasət aparacağını qeyd edən Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire, Almaniya ilə birgə ABŞ-ın sanksiyalarına baxmayaraq, müxtəlif beynəlxalq layihələri maliyyələşdirmə imkanı verəcək mexanizm üzərində çalışdıqlarını qeyd edib.
 
Le Maire, "Almaniya ilə birgə biz, müstəqil Avropa, ya da Fransız-Alman maliyyə mexanizmini inkişaf etdirmək qərarına gəldik. Bu mexanizm, ABŞ-ın tətbiq etdiyi transregional sanksiyalarının ikinci zərərçəkənləri olmağımızı əngəlləyəcək" - deyə açıqlayıb.
“Mən Avropanın vassal torpaq deyil, müstəqil qitə olmasını istəyirəm" deyən Le Maire, "Bu da tamamilə müstəqil maliyyə vasitələrinin olması mənasına gəlir ki, hazırda belə vasitələrə malik deyilik" - deyə əlavə edib.
Qeyd edək ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Maas da prioritetlərinin "müstəqil və güclü Avropa” olduğunu açıqlamışdı. Maas, ABŞ-dan müstəqil hərəkət edərək çox tərəfli dünya nizamının qorunmasına diqqət yetirəcəklərini deyib.
Müxalifət.az