ABŞ Rusiya yaxınlığına xəlvəti desant endirir - O CÜMLƏDƏN GÜRCÜSTANA...

Baxış sayı:
3676

ABŞ ordusu Rusiya sərhədlərinin bilavasitə yaxınlığında desant endirilməsini məşq edir. Virtualaz.org Rusiya hərbi nəşrlərinə istinadən xəbər verir ki, söhbət Amerika ordusunun çoxminli kontingentindən gedir. Həmin kontingent hərbi aerodromların, baza və obyektlərin ələ keçirilməsini məşq edəcək.

“Hərbi icmal” nəşri (“Voennoe obozrenie”) yazır ki, Rusiya da daxil olmaqla mümkün xarici rəqiblərlə hərbi münaqişə zamanı çevik reaksiya bölmələrinin hazırlığı çərçivəsində ABŞ ordusunun 82-ci hava-desant diviziyası “düşmən ərazisinə döyüşlə enmə” əməliyyatını məşq edəcək. Bu zaman üç müttəfiq ölkədə eyni zamanda beş hava hücumundan söhbət gedir. Desant endirilməs əməliyyatı Litva, Polşa və Gürcüstan ərazisində həyata keçiriləcək.