ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu
24-08-2018 22:16
Baxış sayı:
1078

Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların birinci hissəsini açıqlayıb.
Muxalifet.az məlumatına görə, ABŞ hökumətinin rəsmi sənədində bildirilir ki, yeni sanksiyalar “Skripalların işi” ilə bağlıdır və kreditləşmə, habelə bir sıra malların ixracına aiddir.
Yeni qadağalar humanitar yardım, ərzaq malları və kənd təsərrüfatı malları istisna olmaqla, ABŞ-ın istənilən sahədə Rusiyaya yardımı yasaqlayır.
Bundan əlavə ABŞ istehsalı silahının və ikili təyinat məhsullarının satış lisenziyalarının Rusiya şirkətlərinə verilməsinə qadağa qoyulur.
Sanksiyaların digər hissəsinin noyabrda açıqlanacağı gözlənilir.