ABŞ səfiri ÖLÜMLƏ HƏDƏLƏNDİ

Baxış sayı:
2974

ABŞ-ın Kanadadakı səfiri Kelly Knight Craftın evinə, ölüm təhdidləri ehtiva edən və içərisində ağ toz maddə olan bir məktub göndərildiyi qeyd olunub
 
ABŞ-ın Kanadadakı səfiri Kelly Knight Crafta, ölüm təhdidləri ehtiva edən və içərisində ağ toz maddə olan bir məktub göndərildiyi bildirilib.
Kanada və ABŞ təhlükəsizlik orqanlarının istintaq başlatdığı hadisəyə səbəb olan məktub, səfir Craftın yerləşdiyi iqamətgahına göndərilib.
Səfirlik təhlükəsizlik orqanlarının araşdırması zamanı məktub üzərində müəyyən edilən ağ toz maddə ekspertizaya verilib. Tozun ölümcül təsirlərə malik bir maddə olmadığı, ancaq məktub mətnində ölüm təhdidlərinin yazılı olduğu bildirilib.
Məktubda, ABŞ səfiri Kelly Knight Craftın istefaya getməsinin tələb edildiyi, bunu etmədiyi təqdirdə öldürüləcəyi yazılıb. Məktubda həmçinin ABŞ prezidenti Donald Trampa yönəlik təhdidlərə də yer verildiyi qeyd edilib.
Səfir Kelly Knight Craftın bu vəziyyətlə bağlı narahatlıq duyduğu bildirilib.
Kanadanın xarici işlər naziri Chrystia Freeland, sosial media hesabından apardığı bölgüdə, "Ona qarşı edilən təhdid qəbul edilməzdir. Səfir Craft, vacib və çətin bir iş görür və Kanada özünün xidmətinə hörmətlə yanaşır" deyə, bildirib.
Qeyd edək ki, Kanada ilə ABŞ arasındakı münasibətlər, ABŞ prezidenti Trampın polad və alüminium tariflərinə əlavə vergi rüsumu tətbiq etdiyi siyahıya Kanadanı da daxil etməsindən sonra gərginləşmişdi. Ötən həftə Kanadada keçirilən G7 Liderlər Zirvəsində və sonra da artaraq davam edən gərginlik, ABŞ-lı bəzi məsləhətçilərin Kanada baş naziri Justin Trudeauya qarşı təhqir ehtiva edən açıqlamalar verməsinə qədər varmışdı.
Müxalifət.az