"ABŞ səfiri özünü işğalçı ordunun zabiti kimi aparır" - Keçmiş baş nazir

Baxış sayı:
1777

“N” TV telekanalına açıqlama verən Almaniyanın keçmiş Sosial Demokrat Partiyasından olan baş naziri Gerhard Şröder, ABŞ-ın Almaniyadakı səfirinin Alman hökumətinə əmr verici açıqlamalarını, Vaşinqtonun ticarət siyasətlərini və Avropaya qarşı tutduğu işğalçı mövqeyi sərt dillə tənqid edib.
 
“Bizə işğal edilmiş bir ölkə kimi rəftar edilməsinə dözə bilmərik" deyən Şröder, "Amerika səfirinin etdiklərini müşahidə edərkən, özünü ABŞ-ın hegemon bir ölkədəki səfiri kimi deyil, işğalçı ordunun zabiti kimi gördüyü qənaətinə gəlirəm" deyib.
 
"Ölkəmizin yeri Çin bazarıdır"
 
"ABŞ-dan zərər görənlər çiyin çiyinə verməlidir" deyən Şröder, ölkəsinin Çinə üz tutmasının lazım olduğunu vurğulayıb. ABŞ-ın Çinə qarşı açdığı ticarət müharibəsinin Alman firmalarına da zərər verdiyini vurğulayan Şröder, "Çin ilə əlaqələrimizə ciddi yanaşmalıyıq. Trampın haqsız sanksiya vərgi tətbiq etmələri Çin ilə ticarətimizə mane olmamalıdır" deyib.
Rus neft şirkəti Rosneftin nəzarət heyətinin sədri olan Şröder, "Ölkəmizin yeri Çin bazarıdır" - dedikdən sonra Alman hökumətinə də bu sözlərlə xəbərdarlıq edib:
"Almaniya, ətrafına baxmalıdır və ortaq maraqları olan ölkələrə yönəlməlidir. Əgər bir Çinli investor qazanmaq istəyirsə və eyni zamanda bunun bizə köməyi olarsa, bunda nə zərər var. Çin böyük və etibarlı bazara malikdir. Firmalarını araşdırmaq lazım gələrsə, daha həssas davranmaq lazımdır".
 
ABŞ-dan zərər görənlər birləşəcək
 
Almaniyanın keçmiş baş naziri, ABŞ-ın başlatdığı münaqişələrdən zərər görənlərin bir-birinə yaxınlaşmasından qaçmağın mümkün olmayacağını edib.
Müxalifət.az