“ABŞ səfirliyinə atəş açılması xaos törətmək cəhdidir” - TÜRKİYƏDƏN AÇIQLAMA
20-08-2018 16:04
Baxış sayı:
3619

Muxalifet.az xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Tvitter” hesabındakı paylaşmasında ABŞ-ın Ankaradakı səfirliyinə hücumu qınayıb. Kalın hadisə ilə bağlı açıqlamasında bildirib: “Bu, açıq-aşkar xaos yaratmaq cəhdidir. Türkiyə təhlükəsiz bir ölkədir və bütün əcnəbi missiyalar təminat altındadır. Hadisə ilə bağlı istintaq aparılır və ən qısa müddət ərzində məsələyə aydınlıq gətiriləcək”.