​ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edildi

Baxış sayı:
3028

ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.
Bu barədə "Hürriyyet" Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.
Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb(report).