ABŞ sərhədində qarşıdurma: polis miqrantlara müdaxilə etdi
26-11-2018 22:12
Baxış sayı:
3307

ABŞ polisi Mərkəzi Amerika ölkələrindən gələn miqrantlara müdaxilə edib.
Muxalifet.az xəbər verir ki, sərhəd divarını aşmaq istəyən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Meksikanın televiziya kanallarında yayılan görüntülərdə miqrantlar metal divarlara qalxmağa cəhd ediblər, bəziləri isə divarın altından keçməyə cəhd göstəriblər.
Polisin müdaxiləsindən sonra miqrantlar geri qayıtmaq məcburiyyətində qalıb.