​ABŞ Suriyanı yenə bombaladı: 9 uşaq qurban oldu

Baxış sayı:
8080

ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsindəki Hacin şəhərini bombalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, hava hücumunda 9-u uşaq olmaqla, 20 mülki vətəndaş həyatını itirib.
Qeyd edək ki, ötən gün ABŞ koalisiyası İraqın Mosul, Suriyanın isə Deyr əz-Zor şəhərini bombalamışdı. Hücum zamanı Mosulda 10 İŞİD-çi, Deyr əz-Zorda isə 10 mülki vətəndaş ölmüşdü.