​ABŞ təşvişdə: Türkiyənin bu silahı alması...

Baxış sayı:
1801

ABŞ Dövlət Departamenti Rusiyanın Türkiyəyə S-400 zenit raket komplekslərini 2019-cu ildən etibarən təhvil verməyə başlamasından narahat olduğunu açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.
“Bu bizi narahat edir. Bilirsiniz ki, Türkiyə kimi bir NATO müttəfiqinin S-400 sistemini istifadə etməsi bizim siyasətimizə ziddir. Partnyorlarımız və ya müttəfiqlərimizdən birinin S-400 almasına qarşıyıq”, - Noyert bildirib.