​ABŞ UKRAYNANIN MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - Pentaqon 200 milyon dollar ayırdı

Baxış sayı:
4174

ABŞ-ın Müdafiə Nazirliyi Ukrayna hakimiyyətinə ölkənin müdafiəsi üçün 200 milyon dollar ayırdığını bildirib.
 
Bu barədə Pentaqonun saytında bildirilib.
 
"Bu vəsait Ukrayna silahlı qüvvələrinin müdafiə potensialının qurulması üçün ayrılıb", - deyə məlumatda qeyd edilir. Vəsait komanda strukturunun, xəbərdarlıq və hərbi-tibb sisteminin gücləndirilməsinə xərclənəcək.
 
Pentaqonun siyahısında letal silahlar yoxdur.