ABŞ və Rus əsgərləri arasında çatışma

“Russia Today” xəbər saytında yer alan məlumata görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, ABŞ və Rus əsgərlərinin Suriyada toqquşduğunu açıqlayıb.
Cefri münaqişədə ölən ya da yaralanan əsgər olub olmadığı haqqında məlumat verməməklə bərabər, hadisənin nə zaman baş verdiyini də açıqlamayıb.
RUSİYAYA ÇAĞIRIŞ
Rusiyaya müraciət edən nümayəndə Cefri, "Rusiyanı İrana əsgərlərini çəkməsi məsələsində təzyiq göstərməyə dəvət edirik" deyib.
Rusiyanın “sanksiyaları qaldırın, İranı Suriyadan çıxaraq” təklifinə münasibət bildirən Cefri, "İranın Suriyadan çıxması qarşılığında sanksiyaları azaltmayacağıq" deyib.
HƏDƏFİMİZ ƏSƏD DEYİL
ABŞ-ın Suriyadakı hədəfləri haqqında danışan Cefri, "Suriyada məqsədimiz Əsədi devirmək deyil" deyib.
Müxalifət.az